7 iyun 2015-ci il tarixində “Excelsior Hotel Baku” otelinin “Afurja” zalında “AtaHolding” Şirkətlər Qrupunun əməkdaşları arasında “AtaHolding” ASC və GameTv.az-ın təşkilatçılığı, “Excelsior Hotel Baku” oteli və “AtaBank” ASC-nin dəstəyi ilə ənənəvi üçüncü breyn-rinq intellektual yarışı keçirildi. Yarış İntellektual səviyyənin yüksəldilməsinə yönəldilmiş layihələri daim dəstəkləyən “AtaHolding” ASC bu dəfə öz əməkdaşları arasında ənənəvi breyn-rinq yarışına dəvət etdi.
İntellektual oyunda “AtaHolding” ASC, AtaBank ASC-nin “AtaTeam” və “Qarabağ” ,“AtaSığorta”, “VTB Bank”, “Excelsior Hotel Baku” və “AtaTexnologiya” komandaları iştirak etdilər. Çox maraqlı yarışmanın gedişində oyunçular müxtəlif elm sahələrində, mədəniyyət, ədəbiyyat, idman, məntiq və Azərbaycan tarixi üzrə biliklərini nümayiş etdirdilər.
“AtaHolding” ASC-nin İdarə Heyətinin sədr müavini Rəşad Rəsullu tədbirlə bağlı bildirdi: “Məlum olduğu kimi, fəal korporativ istirahət kollektivi birləşdirir və bir komanda...