NETSİS ERP sistemi

Tarix: 2008-05-24

Bu gün artıq hardasa klassikləşən ERP (Müəssisə Resurslarının Planlaşdırılması) anlayışı hamıya məlumdur. ERP vasitəsilə, müştəri sifarişindən tutmuş çatdırılmaya qədər bütün fəaliyyətin və iş əməliyyatlarının məcmu halda işlənməsini həyata keçirmək mümkün olmuşdur. ERP üzərində işləyən Netsis şirkəti sürətlə dəyişən və inkişaf edən texnologiyanı yaxından izləyən və şirkətlərin ehtiyacları istiqamətində məhsullarını uyğunlaşdıran bir şirkətdir. Netsis ən kiçik ticarət müəssisəsinin idarəetməsindən, çox şirkətli infrastruktur menecmentinə kimi uzanan hər növ ehtiyacı ödəmək üçün planlaşdırılmış, texnologiya və informasiyanın məcmusundan ibarət bir məhsul ailəsidir. Netsisin təklif etdiyi iş həlləri özündə: istehsal planlaşdırmasının tətbiqi başlığı altında, məhsul "şaxələri", məhsul marşrutları, material ehtiyacının planlanması, həcmin planlanması, istehsal hərəkərinə nəzarət və keyfiyyətə nəzarəti birləşdirir. Lojistika və satış həlləri altında isə: anbar-şöbə idarəedilməsi, paylama modulü, maliyyədə: bank, xəzinə, debitor və kreditorlər, mühasibat, sənəd/çek tətbiqi aiddir. Mühasibatın altında isə ümumi mühasibat, inflyasiyalı mühasibat ve maya dəyəri mühasibatı yer alır. Ayrıca insan resursları və əsas vəsaitlərin idarə olunması sistemləri də ümumi iş həlləri daxilindədir. Netsisin təklif etdiyi 3 əsas paket: Fusion - Çox istifadəçili böyük şirkətlər üçün nəzərdə tutulmuş, tamamilə inteqrasiyalı və modulyar, rəqəmsal iş axını idarəetmə sistemi ilə təchiz olunmuş ilkin mənbə planalaşdırma ehtiyaclarının ödənilməsinə istiqamətlənmiş bir paket. Fusion Standart - 10 və daha çox istifadəçi, Kiççik və orta sahibkarlıq səviyyəsində idarəetmə üçün nəzərdə tutulmuş, ilkin mənbə planalaşdırma ehtiyaclarının yerinə yetirilməsi üçün maya dəyəri mühasibatı və keyfiyyətə nəzarət kimi funksiyaları özünə daxil edən orta ölçülü bir paket. Entegre W3 - 1-10 istifadəçilik idarəetmədə, təməl mühasibatın və ticari ehtiyacların ödənilməsi üçün istiqamətlənmiş sadə istehsal funksiyalarını özündə əks etdirən ən sərfəli paket. Netsisin təklif etdiyi yeni sistemin bir digər üstünlüyü də, web vasitəsilə məlumatların inteqrasiyalı çalışmasının təmin olunmasıdır. Web səhifəsi vasitəsilə firma məlumatlarının online istifadə edə bilməsi, qiymət siyahılarına və müştəri qalıq bilgilərinə on-line izlənməsinə imkan yaradır. Istehsal və ya xidmət sahəsi olmasınadan, böyük və ya kiçik olmasından asılı olmayaraq istənilən idarəetmə sistemində geniş istifadə olunan və Netsis proqramına daxil olan əsas modullərin qısa təfərrüatı: Faktura - bu moduldan şirkət tərəfindən kəsilən və şirkətə kəsilən hesab-fakturalar sistemə daxil edilir. Mal və Xidmət - buradan ambara daxil olan malların indekslənməsi, onların hərəkətinə nəzarət həyata keçirilir. Debitorlar və Kreditorlar - buradan şirkətin bütün debitorları və kreditorları haqqında sabit və dəyişən məlumatları, onlarla həyata keçirilən hesablaşmaları görə bilərsiniz. Xəzinə - buradan şirkətin xəzinəsində olan bütün mədaxil və məxaric əməliyyatları öz əksini tapır. Bank - buradan isə şirkətin bütün bank əməliyyatlarını, həm valyuta həm də milli hesabdakı pul köçürmələrini təffərrüatlı izləmək olar. Mühasibat - burada şirkətin hesab planı yaradılır və mühasibatda həyata keçirilən bütün əməliyyatlar əks olunur. Istehsal - İstehsal modulu, adından bəlli olduğu kimi istehsalın təşkili, planlanması, istehsal üçün lazım olan maddələrin təchizatının təşkil olunmasını və s. özünə daxil edir. P.O.S. - POS modülü yalnız pos-terminal ilə birgə istifadə oluna bilən bir moduldur və pos-terminalla netsis arasında məlumat mübadiləsini təmin edir. Satış zamanı pos-terminallardan istifadə edən müəsissələr üçün çox əlverişli bir moduldur. Maya dəyəri - bu modulda istehsalla məşgul olan müəssisələrin məhsulunun maya dəyərinin hesablanması və daimi olaraq nəzarətdə saxlanması nəzərdə tutulur. Net IQ - NETSİS İnsan Qaynaqları modulü, orta və böyük ölçülü şirkətlərin insan qaynaqlarını aktiv və məhsuldar şəkildə idarə olunmasını təmin edə biləcək, məlumatların izlənməsini həyata keçirən və geniş çeşidli məlumatları təqdim edən Nəzarət - Əməliyyat Sistemidir. Net Əsas Vəsait - Əsas Vəsait modulü vasitəsilə siz şirkətinizin balansında olan bütün vəsaitlərinizin hesabatını, onların ilkin və qalıq dəyərlərini görə biləcək və istənilən dövr üçün amortizasiya ayırmalarını avtomatik olaraq hesablaya biləcəksiniz. Barkod çapı da həmçinin buradan həyata keçirilir. Valyuta dəyişmələrini izləmə - əgər siz valyuta əməliyyatları həyata keçirirsinizsə, o zaman bu modul vasitəsilə siz məzənnə fəqrindən yaranan uyğunsuzluqları aradan qaldıra bilərsiniz. Raport - bu modulu işə salmaqla istifadəçi istənilən tərzdə raport ala bilər və bununla yanaşı asanlıqla istənilən şəkildə özü üçün rahat olan raport forması hazırlaya bilər. Bu Netsis proqram təminatının ümumi və ən bəsit hissəsidir. Istifadədə çox geniş miqyasları əhatə etməsinə baxmayaraq bu sistem istifadədə olduqca asan və tez qavranılandır. Artıq bir neçə ölkədə geniş tətbiq olunan Netsis proqram təminatının Azərbaycanda da istifadəçilərinin sayı sürətlə artmaqdadır.

Copyright © 2008    Developed by