ERP

Müəssisə Resurslarının İdarəolunması

Şirkətimizin təqdim etdiyi ERP sistemlərindən biri “NETSİS” və “LOGO” sistemləridir.

Ətraflı

MOBIS

Mobil İnformasiya Sistemləri

Təkmilləşən texnologiya ilə hüdudları məcbur edən, müştərinin ehtiyaclarına və istəklərinə hər an cavab verə biləcək bir texnoloji infrastrukturaya malik olan MOBİS, korporativ və fərdi müştəri ehtiyaclarına xidmət göstərir və həllər hazırlayır.

Ətraflı

İnsan resursları

HRM 360 (İnsan Resursları Sistemi)

Şirkətlərin gündəlik fəaliyyətlərinin əsasını təşkil edən bir sıra resurslarla yanaşı İnsan Resurslarını da doğru formalaşdırmaq, dəqiq tətbiq etmək və qarşıya qoyulacaq hədəflərə çatacaq bir şəkildə istiqamətləndirmək vacib addımlardan biridir.

Ətraflı

İnfrastruktur həllər

Şəbəkə infrastrukturu

Şirkətimiz İKT infrastrukturunun yaradılması, dəstəklənməsi və inkişafına yönəlik xidmətlər təklif edir.

Ətraflı

Haqqımızda

“AtaTexnologiya” MMC 2004-cü ildə “AtaHolding” MMC tərəfindən təsis edilmişdir. İnformasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən şirkət bu sahədə dünyanın aparıcı şirkətləri ilə əməkdaşlıq etməklə Azərbaycan bazarında uğurla fəaliyyət göstərir.

Proqram təminatı sahəsində “Enterprise Resource Planning” sistemlərinin yaradılması ilə tanınan şirkət 2005-ci ildən Türkiyənin bu sahədə qabaqcıl şirkətlərindən biri olan “Netsis” A.Ş.-nin distribyutorudur. İri müəssisə və təşkilatların mühasibat, anbar, satış, loqistika, istehsal, insan resurlarının uçotu və.s işlərinin avtomatlaşdırılmasında böyük təcrübəyə malik olan şirkət bir çox uğurlu layihlər həyata keçirmişdir.

Turizm və otelçilik sahəsində “Excelsior hotel Baku”, “Sheraton”, “Ramada Hotel Baku”, “Ramada Hotel Gəncə”, “Landmark Hotel Baku”, “Hilton Baku”, “Shah Palace”, “Shirvan Hotel”, “Modern Hotel” və.s kimi otellərdəki layihələri ilə “AtaTexnologiya” MMC etibarlı şirkət kimi bazarda tanınmışdır.

“Netsis” ERP sisteminin iri istehsal və satış müəssisələrinə tətbiqi ilə əlaqədar ciddi layihələr həyata keçirilmişdir. Belə ki, “Bismak” MMC, “Nurgun Group”, “NJT2000”, “BTQ”, “Delta-Group”, “Atropatena” QTSC, “Atena” və.s kimi bir çox iri layihələrə imza atan “AtaTexnologiya” MMC bu gün bazarda xüsusi həlləri olan və etibarlı tərəfdaş kimi sayılır.

Dünyanın aparıcı şirkətlərindən biri “Microsoft”-un Azərbaycandakı yerli partnyorlarından olan “AtaTexnologiya” MMC proqram təminatı məhsullarının lisenziyalaşdırılması üzrə bir çox iri layihələri həyata keçirmişdir. Belə ki, son 3 ildə lisenziyalaşdırma sahəsində “AtaHolding” MMC, “Azİnterbiznes” MMC, “Sinergy Group” ASC, “AAC” MMC, “Renaissance Construction Azerbaijan”, “Alterf” MMC, “BakıSığorta” ASC, “Modenis” MMC və.s kimi şirkətlərdə layihələr həyata keçirilmişdir.

İKT avadanlıqları sahəsində “Hp” şirkətinin “Silver Partner”i kimi bir çox layihələrə imza atan şirkətimiz bu gündə bu sahədə uğurla addımlayır. “Server”, kompyuter, şəbəkə və çap avadanlıqlarının satışı və onlara texniki xidmətin göstərilməsi həyata keçirilir. Bir çox iri layihələrdə şəbəkə infrastrukturunun, kompyuter, server və məlumat anbarlarının yaradılmasında “HP” şikətinin avadanlıq və proqram təminatı məhsullarından istifadə etməklə bir çox layihələr həyata keçirilmişdir. Belə ki, son 5 ildə “Azpetrol” MMC, “Chinar Hotel & SPA Naftalan”, “AFC”, “Caspian Sea Resort”, “ADİF”, “Azərbaycan Sənaye Sığorta” ASC, “Saybernet” MMC, “AzərTürkBank” ASC, “AFBBank” ASC və.s kimi şirkətləri misal göstərmək olar. 2012-2013 cü illərdə “AtaBank” ASC-də və “Renaissance Construction Azerbaijan” şirkətlərində iri ifrastruktur layihələri həyata keçirilmişdir.

Dünyanın iri şəbəkə, “İP telofoniya”, təhlükəsizlik, kamera və.s sistemlərinin istehsalçısı olan “Cisco Systems” şirkətinin yerli partnyorlarından biri olan “AtaTexnologiya” MMC bu sahədə də bir çox iri layihələri həyata keçirmişdir. Həmin layihələrə “Embassy of the Republic of the Argentina”, “Azpetrol” MMC, “AtaBank” ASC, “AtaSığorta” ASC, “Seabak” LLC və.s misal göstərmək olar.

“Oracle” şirkətinin son 2 ildə “gold partner”i olan “AtaTexnologiya” MMC “bisness intelligence” və “DB” istiqamətlərində yerli bazarda fəaliyyət göstərməkdədir.

Şirkət antivirus sistemləri üzrə “Symantec”, “Kaspersky” və “Dr.web” şirkətlərinin yerli partnyorudur. Bu istiqamətdə bir neçə iri layihə həyata keçirmişdir. Onlardan “Azərbaycan Universiteti”, “Azərbaycan Respublikasının Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi” , “Azərbaycan Universiteti” və.s. misal göstərə bilərik.

Mobil bazarda korporativ müştərilərə “Mobis” (Mobil İnformasiya servisləri) brendi adı altında əlavə dəyər xidmətləri təklif edən şirkət bu sahədə qabaqcıl mobil texnologiyalardan istifadə etməklə yeni-yeni maraqlı layihələrlə çıxış edir.

Yarandığı gündən kadr hazırlığına və peşəkarlığına diqqət yetirən şirkətimiz əsasən keyfiyyətə üstünlük vermişdir. Hal-hazırda işçi sayı 20-ə yaxın olan şirkətimizdə mühəndis sayı üstünlük təşkil etməkdədir. İşçi heyətimiz satış, layihə və texniki dəstək şöbələrində yer almaqdadır ki, bu da şirkətimizin müştəri məmnuniyyəti siyasətini daima davam etdirməyə xidmət edir.

Missiya və vizyon