ERP

Müəssisə Resurslarının İdarəolunması

Şirkətimizin təqdim etdiyi ERP sistemlərindən biri “NETSİS” və “LOGO” sistemləridir.

Ətraflı

MOBIS

Mobil İnformasiya Sistemləri

Təkmilləşən texnologiya ilə hüdudları məcbur edən, müştərinin ehtiyaclarına və istəklərinə hər an cavab verə biləcək bir texnoloji infrastrukturaya malik olan MOBİS, korporativ və fərdi müştəri ehtiyaclarına xidmət göstərir və həllər hazırlayır.

Ətraflı

İnsan resursları

HRM 360 (İnsan Resursları Sistemi)

Şirkətlərin gündəlik fəaliyyətlərinin əsasını təşkil edən bir sıra resurslarla yanaşı İnsan Resurslarını da doğru formalaşdırmaq, dəqiq tətbiq etmək və qarşıya qoyulacaq hədəflərə çatacaq bir şəkildə istiqamətləndirmək vacib addımlardan biridir.

Ətraflı

İnfrastruktur həllər

Şəbəkə infrastrukturu

Şirkətimiz İKT infrastrukturunun yaradılması, dəstəklənməsi və inkişafına yönəlik xidmətlər təklif edir.

Ətraflı

ERP (NETSIS & LOGO)

ERP (Enterprise Resource Planning – Müəssisə Resurslarının İdarəolunması) – müxtəlif fəaliyyət sahələri üçün ümumi məlumat və prosess modellərini təmin edən, xüsusi proqram təminatı həllidir ki, onun vasitəsi ilə istənilən müəssisənin maliyyə menecmenti və aktivlərinin idarəolunması, insan resursları və əsas vəsaitlərin idarəolunması, istehsal, satış və digər proses və əməliyyatların optimizasiyasını və inteqrasiyasını tətbiq etmək olur.

Ötən əsrin 90-cı illərinin sonundan başlayaraq yalnız sənaye şirkətləri üçün deyil, bütün iri şirkətlər üçün  ERP həllərin tətbiqi zərurətə çevrilməyə başladı. Müəssisənin çeşidli əmliyyatlarının və biznes-prosesslərinin çoxunun vahid tranzaksiya sisteminə uyğunlaşdırılaraq vahid məlumat bazası altında toplanmasını və real vaxt rejimində balanslaşdırılmış hesabatların alınmasının təşkili ERP sistemətlinin təməl prinsiplərindəndir. Bundan başqa, ERP fəlsəfəsi istənilən sistemə modulyar yanaşmanı təbliğ edir. Belə ki, modulyar prinsip sistemi mərhələli şəkildə, modul-modul tətbiq etmək imkanını yaradır. Qeyd edək ki, bizim ölkəmizdə ERP sistemlərinə maraq getdikcə artır və uzaqgörən iş adamları artıq öz biznes siyasətlərinə uyğun ERP sistemlərini istifadə edirlər.

Şirkətimizin təqdim etdiyi ERP sistemlərindən biri “NETSİS” sistemidir. “NETSİS” ERP həlli özündə:

  • İstehsal planlaşdırmasının tətbiqi başlığı altında – məhsul “şaxələri”, material ehtiyacının planlaması, həcmin planlaması, istehsal hərəkətinə nəzarət və keyfiyyətə nəzarəti birləşdirir.
  • Loqistika və satış həlləri altında isə – anbar-şöbə idarəedilməsi, paylama modulu, isti və soyuq satış və.s.
  • Maliyyədə isə – bank, xəzinə, debitor və kreditorlar, mühasibatlıq və.s birləşdirir.
  • İnsan Resursları – modulunda isə işçilərin kartotekası, maaş hesablama, təşkilatı struktur, işə alma, işçilərin qiymətləndirilməsi, treyninq və.s kimi alt modulları mövcuddur.

Aşağıdakı biznes sektorlarına tam şəkildə adaptasiya etmək mümkündür:

  • Sənaye
  • Avtomobil
  • Topdan satış
  • Pərakəndə satış
  • İnşaat
  • Turizm
  • Xidmət və.s

Texniki baxımdan “Microsoft SQL” və “Oracle” məlumat bazalarını, Windows, Linux, Unix, WinMobile əməliyyat sistemlərini dəstəkləməkdədir. Netsis ERP sistemi Azərbaycanda bir sıra şirkətlərdə uğurla tətbiq olunub. Bu şirkətlərin sırasından bəziləri aşağıdakılardır:

  • ATENA SÜD FABRİKASI
  • AQAT AQRO
  • LANDMARK HOTEL
  • HILTON BAKU
  • NURGUN marketlər şəbəkəsi
  • SHERATON
  • DELTA GROUP
  • BISMAK
  • RAMADA HOTEL AND PLAZA
  • ATROPATENA
  • NJT2000 GROUP
  • SINTEKS
  • IMPERIAL TOBACCO
  • EXCELSİOR HOTEL
  • SAGLAM QIDA
  • BAKU RETAIL GROUP
  • STAYBRIDGE HOTEL
  • SHAH PALACE HOTEL
  • MODERN HOTEL
  • SHIRVAN HOTEL
  • HOLİDAY İNN BAKU