Mini-futbol turniri başa çatıb / 18-05-2015

“AtaHolding” Şirkətlər Qrupu və “Synergy Group” ASC əməkdaşları arasında keçirilən mini-futbol turniri başa çatıb.Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan ənənəvi turnirin 4-cü ilində birinci yerin qalibi “AtaTexnologiya” MMC komandası olub. İkinci yerin qalibi “No name” və “Gobustone” komandası üçüncü yerə çıxıb. Oyunların ardınca yarışın bağlanış mərasimi keçirilib. Turnirin təşkilatçısı “AtaBank” ASC-nin İdarə Heyətinin sədri Etibar Babaşlı çempionatın daha maraqlı və gərgin keçdiyini bildirib.

“AtaBank” ASC-nin İdarə Heyətinin sədrinin çıxışından sonra turnirin mükafatlandırma mərasimi də təşkil olunub. Çempiona Almaniyadan gətirilən yeni kubokla yanaşı, 4000, 2-ci yeri tutan komandaya 3000, 3-cü pillənin sahibinə isə 2000 manat pul mükafatı verilib. Hər 3 kluba xatirə hədiyyəsi də təqdim edilib.

Mərasimdə yarışın ən yaxşılarının da adları açıqlanıb. Turnirin ən yaxşı oyunçusu “Gobustone”nun lideri Vüqar Həmidov seçilib. Yarışın bombardiri adına Qorxmaz Ağayev (AtaTexnologiya, 13 qol) yiyələnib. Habelə, çempion Cahangir Qənizadə qapıçılar arasında da bütün rəqiblərini qabaqlayıb. Onlar hərəyə ən yaxşılar üçün nəzərdə tutulan 500 manatla mükafatlandırılıblar.