“AtaTexnologiya” MMC Breyn-Rinq yarışmasında 3-cü yeri tutdu / 08.06.2015

7 iyun 2015-ci il tarixində “Excelsior Hotel Baku” otelinin “Afurja” zalında “AtaHolding” Şirkətlər Qrupunun əməkdaşları arasında “AtaHolding” ASC və GameTv.az-ın təşkilatçılığı, “Excelsior Hotel Baku” oteli və “AtaBank” ASC-nin dəstəyi ilə ənənəvi üçüncü breyn-rinq intellektual yarışı keçirildi. Yarış İntellektual səviyyənin yüksəldilməsinə yönəldilmiş layihələri daim dəstəkləyən “AtaHolding” ASC bu dəfə öz əməkdaşları arasında ənənəvi breyn-rinq yarışına dəvət etdi.

İntellektual oyunda “AtaHolding” ASC, AtaBank ASC-nin “AtaTeam” və “Qarabağ” ,“AtaSığorta”, “VTB Bank”, “Excelsior Hotel Baku” və “AtaTexnologiya” komandaları iştirak etdilər. Çox maraqlı yarışmanın gedişində oyunçular müxtəlif elm sahələrində, mədəniyyət, ədəbiyyat, idman, məntiq və Azərbaycan tarixi üzrə biliklərini nümayiş etdirdilər.

“AtaHolding” ASC-nin İdarə Heyətinin sədr müavini Rəşad Rəsullu tədbirlə bağlı bildirdi: “Məlum olduğu kimi, fəal korporativ istirahət kollektivi birləşdirir və bir komanda hissi yaradır. “AtaHolding” Şirkətlər Qrupunun əməkdaşları arasında üçüncü ənənəvi breyn-rinq intellektual yarışını keçirməkdə məqsədimiz qeyri-rəsmi ünsiyyət mühitini yaratmaq, bir komandada işləmək bacarığını aşılamaq, tez bir zamanda düzgün cavab tapmaq və bütövlükdə faydalı asudə vaxt keçirməkdir”.

Breyn-rinq yarışmasında yüksək oyun nümayiş edən “Qarabağ” komandası birinci yeri, “Ata-Team” komandası ikinci yeri və “AtaTexnologiya” komandası isə üçüncü yeri tutdu. “AtaBank” ASC İdarə Heyətinin üzvü Elnur Osmanov birinci yerin qalibi olan “Qarabağ” komandasının üzvlərini təbrik etdi və onlara balansında vəsait olan “Visa Maestro” kartları təqdim etdi.

İkinci yerin qaliblərinə “AtaHolding” ASC-dən hədiyyələr və üçüncü yerin qaliblərinə “AtaSığorta” ASC-dən səyahət sığortası sertifikatları təqdim edildi.

Qeyd edək ki, “AtaHolding” ASC sosial proqramlarda, xeyriyyəçilik tədbirlərində fəal iştirak edir, həmçinin, ölkədə mədəniyyət və incəsənətin inkişafı, təhsilin səviyyəsinin yüksəldilməsi sahəsində layhələri dəstəkləyir. Bu gün “AtaHolding” ASC Korporativ Sosial Məsuliyyət sahəsində bir neçə uzunmüddətli sponsor layihələrini həyata keçirir.