News

“AtaTexnologiya” MMC Breyn-Rinq yarışmasında 3-cü yeri tutdu / 08.06.2015

7 iyun 2015-ci il tarixində “Excelsior Hotel Baku” otelinin “Afurja” zalında “AtaHolding” Şirkətlər Qrupunun əməkdaşları arasında “AtaHolding” ASC və GameTv.az-ın təşkilatçılığı, “Excelsior Hotel Baku” oteli və “AtaBank” ASC-nin dəstəyi ilə ənənəvi üçüncü breyn-rinq intellektual yarışı keçirildi. Yarış İntellektual səviyyənin yüksəldilməsinə yönəldilmiş layihələri daim dəstəkləyən “AtaHolding” ASC bu dəfə öz əməkdaşları arasında ənənəvi breyn-rinq yarışına dəvət etdi.

İntellektual oyunda “AtaHolding” ASC, AtaBank ASC-nin “AtaTeam” və “Qarabağ” ,“AtaSığorta”, “VTB Bank”, “Excelsior Hotel Baku” və “AtaTexnologiya” komandaları iştirak etdilər. Çox maraqlı yarışmanın gedişində oyunçular müxtəlif elm sahələrində, mədəniyyət, ədəbiyyat, idman, məntiq və Azərbaycan tarixi üzrə biliklərini nümayiş etdirdilər.

“AtaHolding” ASC-nin İdarə Heyətinin sədr müavini Rəşad Rəsullu tədbirlə bağlı bildirdi: “Məlum olduğu kimi, fəal korporativ istirahət kollektivi birləşdirir və bir komanda...

Mini-futbol turniri başa çatıb / 18-05-2015

“AtaHolding” Şirkətlər Qrupu və “Synergy Group” ASC əməkdaşları arasında keçirilən mini-futbol turniri başa çatıb.Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan ənənəvi turnirin 4-cü ilində birinci yerin qalibi “AtaTexnologiya” MMC komandası olub. İkinci yerin qalibi “No name” və “Gobustone” komandası üçüncü yerə çıxıb. Oyunların ardınca yarışın bağlanış mərasimi keçirilib. Turnirin təşkilatçısı “AtaBank” ASC-nin İdarə Heyətinin sədri Etibar Babaşlı çempionatın daha maraqlı və gərgin keçdiyini bildirib.

“AtaBank” ASC-nin İdarə Heyətinin sədrinin çıxışından sonra turnirin mükafatlandırma mərasimi də təşkil olunub. Çempiona Almaniyadan gətirilən yeni kubokla yanaşı, 4000, 2-ci yeri tutan komandaya 3000, 3-cü pillənin sahibinə isə 2000 manat pul mükafatı verilib. Hər 3 kluba xatirə hədiyyəsi də təqdim edilib.

Mərasimdə yarışın ən yaxşılarının da adları açıqlanıb. Turnirin ən yaxşı oyunçusu “Gobustone”nun lideri Vüqar Həmidov seçilib. Yarışın bombardiri adına Qorxmaz Ağayev (AtaTexnologiya, 13 qol) yiyələnib. Habelə, çempion Cahangir Qənizadə qapıçılar arasında...

21 fevral tarixində “AtaTexnologiya” MMC valideyn himayəsindən məhrum olan uşaqlar arasında rəsm müsabiqəsi keçirib / 22.02.2015

Şirkətdən Trend-ə verilən məlumata görə, müsabiqədə Bakının Şağan qəsəbəsində 3 saylı Uşaq Evinin kimsəsiz uşaqları iştirak etdilər. Gənc iştirakçılar öz bədii bacarıqlarını boya, rəngli karandaşlar və flomasterlərdən istifadə edərək nümayiş etdirdilər. “Mən təbiəti sevirəm” devizi altında keçirilən müsabiqədə, uşaqlar onları əhatə edən təbiəti ilin müxtəlif fəsillərində təsvir etdilər. “AtaTexnologiya” MMC-nin direktoru Mais Yusifov bildirib ki, bu tədbiri keçirməyimizdə məqsəd uşaqların rəssamlıq bacarıqlarını və müşahidə etmək qabiliyyətini üzə çıxarmaqdır. Ətraflı

...